İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə genişmiqyaslı müharibə alovlanır: Amerikadan Moskva və Pekinin əsas nəqliyyat dəhlizinə raket zərbəsi

608 09.07.2026 14:50 Dünya A A

ABŞ silahlı qüvvələri gecə saatlarında İrana qarşı qlobal geosiyasi tarazlıqları sarsıdacaq çox qəfil və strateji hərbi zərbə endirib.

Musavat.com xəbər verir ki, İranın rəsmi "Fars" agentliyinin yaydığı təcili məlumata görə, Amerika qanadlı raketləri İranı həm Rusiya, həm də Çinlə birbaşa bağlayan beynəlxalq nəqliyyat dəhlizinin ən mühüm elementini hədəf alıb. ABŞ ordusunun gecə əməliyyatı nəticəsində ölkənin Gülüstan vilayətinin Ağqala rayonunda yerləşən və Çin-Türkmənistan-İran beynəlxalq marşrutunun kritik qovşağı sayılan "Ağtəkə-Xan" dəmir yolu körpüsü raket zərbələri ilə tamamilə vurulub.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi bəyanat yayaraq strateji əhəmiyyətli körpüyə edilən bu hava hücumunu rəsmən təsdiqləyib. Rusiya mediasının yaydığı məlumatlarda isə vurğulanır ki, rəsmi Moskva ötən ilin payızından etibarən bu nəqliyyat dəhlizindən xüsusi aktivliklə istifadə edirdi.

Xüsusilə dəniz blokadasının başlamasından sonra Çindən bu dəmir yolu marşrutu vasitəsilə həyata keçirilən yükdaşımaların həcmi düz üç dəfə artmışdı. ABŞ-ın bu dağıdıcı addımı Rusiya, Çin və İran ittifaqının iqtisadi-logistik xətlərinə vurulmuş ən ağır zərbələrdən biri kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR