Rusiya Z-blogerləri iddia edirlər ki, ordunun yeni qoşun növünə - dron qoşunlarına komandan təyin olunan şəxs hərbi təhsili olmayan, Moskva vilayətindən olan biznesmen Yuri Vaqanovdur.
Musavat.com xəbər verir ki, bu barədə BBC Rus xidməti məlumat yayıb.
Z-blogerlərdən birinin sözlərinə görə, “komandan təyin edilən şəxs “xüsusi hərbi əməliyyat” zonasında çoxlarına “Yura unitaz” ləqəbi ilə tanınır. Müharibədən əvvəl santexnika satışı ilə məşğul olub, ləqəbi də buradan yaranıb. Daha sonra isə Rusiya qoşunları üçün FPV dronların tədarükündə faktiki monopolistə çevrilib”.
Qeyd olunur ki, Z-icma bu təyinatdan narazıdır və bunu hərbi qərardan çox “sırf kommersiya marağı” kimi qiymətləndirir.
Musavat.com






