Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski barədə kəskin ittihamlar səsləndirib.
Musavat.com xəbər verir ki, Zaxarova Zelenskinin “əxlaqi, mənəvi və fizioloji cəhətdən asılı, dərin xəstə insan” olduğunu iddia edib və Qərb ölkələrinin onu məhz bu xüsusiyyətlərinə görə seçdiyini bildirib.
Onun sözlərinə görə, Zelenskinin seçilməsi təsadüfi olmayıb: “Onu xüsusilə prinsipsizlik prinsipi əsasında seçdilər, bu söz oyunu deyil. Əxlaqi, mənəvi və əlbəttə fizioloji cəhətdən asılı olacaq birini axtarırdılar”.
Rusiya rəsmisi əlavə edib ki, Ukrayna liderinin vəziyyəti prezident administrasiyasına — Bankovaya gəldikdən sonra yaranmayıb, daha əvvəl də belə olub: “Zelenski dərin xəstə insandır. Məhz buna görə Qərbdəki himayədarları tərəfindən dəhşətli bir cinayəti həyata keçirmək üçün seçildi”.
Musavat.com






