İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski üçün ölümcül seçim: torpaq əvəzində Avropa

671 16.01.2026 15:47 Gündəm A A

Avropanın siyasi kulislərində Ukrayna ilə bağlı indiyədək səsləndirilməsi qadağan olunan bir mövzu müzakirə predmetinə çevrilib.

Musavat.com-un məlumatına görə, Financial Times nəşri Avropa Komissiyasındakı mənbələrə istinadla yazır ki, Brüsseldə Vladimir Zelenskinin nəzəri olaraq Rusiya ilə bağlı ərazi güzəştlərinə gedə biləcəyi ehtimalı istisna edilmir — bunun əvəzində isə Avropa İttifaqınə üzvlüyün sürətləndirilməsi gündəmə gələ bilər.

Mənbələrin vurğuladığına görə, hazırda söhbət konkret qərardan yox, belə bir variantın ümumiyyətlə müzakirə olunmasından gedir. Ancaq bu faktın özü belə Kiyev üçün son dərəcə həssas siqnaldır. Ukrayna cəmiyyətində ərazi məsələsi qırmızı xətt sayılır, Konstitusiya isə mürəkkəb hüquqi prosedur olmadan istənilən torpaq güzəştini qadağan edir. Bu səbəbdən ən kiçik eyham belə ölkə daxilində ciddi siyasi sarsıntı yarada bilər.

Financial Times yazır ki, Brüssel mümkün “yüngülləşdirilmiş üzvlük” formatını da nəzərdən keçirir. Bu model Ukraynaya Aİ bazarlarına çıxış, maliyyə subsidiyaları və institusional inteqrasiya imkanı verə bilər, lakin tam səsvermə hüququ olmadan. Məqsəd — standart üzvlük prosedurlarını formal olaraq pozmadan Kiyevi Avropa orbitinə daha sürətlə bağlamaqdır.

Bu ssenari Ukrayna üçün son dərəcə ağrılı seçim yaradır: ya uzunmüddətli və sonu görünməyən müharibə, ya da strateji Avropa inteqrasiyası naminə ağır siyasi risklər. Avropa üçün isə bu, təhlükəli presedent deməkdir — çünki ərazi güzəşti qarşılığında inteqrasiya modeli gələcəkdə başqa münaqişələr üçün də nümunəyə çevrilə bilər.

Məhz buna görə də sızma ekspertlər tərəfindən “ictimai rəyin yoxlanılması” kimi dəyərləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR