Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə apardığı danışıqlar barədə açıqlama verib.
Musavat.com-un məlumatına görə, prezident bildirib ki, görüş zamanı işin bir sıra mühüm detalları müzakirə olunub və uzunmüddətli sülhə xidmət edə biləcək real ideyalar gündəmə gəlib.
Zelenskinin sözlərinə görə, bu ideyalar ümumi nəticə naminə işlək ola bilər:
“Həqiqi təhlükəsizlik, həqiqi bərpa və həqiqi sülh – məhz bunlar Ukrayna üçün, eləcə də ABŞ, Avropa və bizə dəstək verən bütün tərəfdaşlar üçün vacibdir”.
Musavat.com






