İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski vurulan Türkiyə gəmisindən DANIŞDI - VİDEO

1246 12.12.2025 22:07 Dünya A A

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çornomorsk limanında mülki gəmiyə zərbə endirdiyi bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. Onun sözlərinə görə, baş verən hadisə Moskvanın diplomatiya imkanlarına ciddi yanaşmadığını bir daha nümayiş etdirir.

“Bu, rusların hazırda mövcud olan diplomatik fürsəti nəinki ciddi qəbul etmədiyini, eyni zamanda Ukraynada normal həyatın məhv edilməsinə yönəlmiş müharibəni davam etdirdiyini bir daha sübut edir”, – deyə Zelenski vurğulayıb. 

Şahidlərin yaydığı fotolara əsasən, zərbə Türkiyənin Cenk RoRo şirkətinə məxsus mülki gəmiyə dəyib. Gəminin hansı yükü daşıdığı hələlik açıqlanmayıb.

Hadisə ilə bağlı əlavə məlumatların araşdırıldığı bildirilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR