İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin tələbi Yermakı özündən çıxardı: Ukrayna Prezident Ofisində ciddi böhran

1222 01.12.2025 23:24 Dünya A A

Ukraynada Prezident Aparatının rəhbəri Andrey Yermakın istefası son həftələrdə davam edən korrupsiya qalmaqalının ən yüksək nöqtəsi olub.

Musavat.com xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, NABU hələ 21 noyabrda Yermakla bağlı axtarış icazəsi alıb və 28 noyabrda detektivlər onun texnikasını müsadirə ediblər. Həmin gün Prezident Ofisində güc strukturlarının rəhbərləri Zelenskiyə vəziyyətin kritik həddə çatdığını bildiriblər.

Mənbələr yazır ki, Zelenski Yermakdan istefa ərizəsi yazmağı xahiş etdikdə, o, əsəbiləşərək prezidentə qışqırmağa başlayıb və emosional reaksiya verib. Bu davranış onun daha sürətli şəkildə vəzifədən uzaqlaşdırılması qərarına səbəb olub. İddialara görə, Yermak son günlər SBU rəhbərinin istefası üçün də təzyiq göstərirmiş.

Yermakın yerinə mümkün namizədlər arasında Mixail Fedorov, Denis Şmıqal, Olena Palisa və Serqey Kislitsanın adları çəkilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR