İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə dəstək çökür — Ukrayna ikinci “mövsümü” istəmir

947 22.11.2025 00:42 Dünya A A

Politico: Zelenskini dəstəkləyənlərin sayı kəskin azalır — Ukrayna cəmiyyəti “Xalqın qulu”nun ikinci mövsümünü istəmir

Musavat.com xəbər verir ki, ABŞ-ın nüfuzlu Politico nəşri Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi gələcəyinin ən kritik mərhələyə qədəm qoyduğunu yazır. Nəşrin məlumatına görə, prezidentin reytinqi tarixinin ən aşağı səviyyəsinə — 25 faizədək enib və bu, artıq onun komandasında belə ciddi təşviş yaradıb.

“Seçkilərə getməməyi düşünməlidir”

Politico qeyd edir ki, Zelenskiyə ilk dəfə olaraq birbaşa şəkildə seçkilərə qatılmamaq barədə məsləhətlər verilir. Prezident Administrasiyasına yaxın mənbə nəşrə bildirib:

“Zelenskiyə dəstək o qədər aşağı düşüb ki, seçkilər elan edilən kimi kampaniyadan çəkilə bilər. Korrupsiya böhranının təsirləri dağıdıcıdır”. 

Mənbənin sözlərinə görə, vəziyyət indiki korrupsiya qalmaqallarından da əvvəl kritik idi.

Ukrayna cəmiyyəti Zelenskidən yorulub

Nəşr yazır ki, ictimai narazılığın bir neçə əsas səbəbi var: Zelenskinin avtoritar və qapalı idarəçilik stili, “Xalqın Xidmətçisi” partiyasının qapalı kluba çevrilməsi, ölkənin taleyini müəyyən edən qərarların yalnız dar çevrədə qəbul edilməsi.


Ən ağır zərbə: ən yaxın dairənin korrupsiyası

Politico vurğulayır ki, Zelenskinin imicinə əsas zərbəni onun ətrafındakı şəxslərin adının korrupsiya skandallarında hallanması vurub:

keçmiş biznes-partnyoru Timur Mindiç,

Prezident Administrasiyasının rəhbəri Andrey Yermak,

və digər yüksək vəzifəlilər.


Bu qalmaqallar Zelenskinin illərdir təbliğ etdiyi “korrupsiyaya qarşı mübarizə” imicini tamamilə sarsıdıb.

Reytinq sürətlə çökür

Nəşrin təhlilinə görə, “Mindiçgeyt” qalmaqalından əvvəl ukraynalıların cəmi 25%-i Zelenskini müharibədən sonra prezident kimi görmək istəyirdi; indi isə dəstək səviyyəsi bundan da 40% aşağı düşüb.


Bu göstəricilər Zelenskini faktiki olaraq siyasi ağırlıqdan məhrum edir.

Ukrayna “ikinci mövsüm” istəmir

Politico məqaləsini belə yekunlaşdırır:

“Dövlət idarəçiliyi serial deyil. Ukraynada getdikcə daha çox səsləndirilən fikir budur: ‘Xalqın qulu’nun ikinci mövsümü lazım deyil — birincisi kifayət idi”. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR