İnsanlara hürriyət, millətlərə istiqlal!

103 yaşlı həkim UZUNÖMÜRLÜLÜYÜN SİRRİNİ açıqladı: “Bütün pasiyentlərimə deyirəm”

1129 12.05.2026 15:13 Səhiyyə A A

103 yaşlı nevroloq və “Dünyanın ən yaşlı praktik həkimi” kimi tanınan Howard Tucker sağlam və uzun həyatın sirrini bölüşüb.

Musavat.com xəbər verir ki, 2022-ci ilə qədər aktiv şəkildə çalışan məşhur həkim uzunömürlülüyün üç əsas qaydasını açıqlayıb.

Həkimin sözlərinə görə, ilk vacib qayda zehni daim aktiv saxlamaqdır. O bildirib ki, insan beyni də əzələ kimidir və istifadə olunmadıqda zəifləyir. Tucker 60 yaşından sonra hüquq təhsili aldığını, 67 yaşında isə vəkil olmaq üçün imtahan verdiyini qeyd edib. O hesab edir ki, işləmək təkcə karyera deyil, həm də kitab oxumaq, könüllü fəaliyyət və yeni hobbilərlə məşğul olmaq deməkdir.

Uzun ömrün ikinci sirri isə kin və nifrətdən uzaq durmaqdır. Həkim bildirib ki, mənfi emosiyalar həm enerjini tükəndirir, həm də ürək-damar xəstəlikləri riskini artırır. Onun fikrincə, insan keçmişdəki acılara deyil, həyatın müsbət tərəflərinə fokuslanmalıdır.

Howard Tuckerin üçüncü qaydası isə həyatda ölçülü olmaqdır. O, sərt qadağalar və ağır dietlər əvəzinə balanslı qidalanmanı tövsiyə edir. Həkim tərəvəz ağırlıqlı qidalandığını, lakin bəzən sevdiyi yeməklərdən də imtina etmədiyini deyib.

103 yaşlı həkimə görə, uzun və sağlam həyatın əsas sirri aktiv beyin, sakit ruh və balanslı yaşam tərzidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR