İnsanlara hürriyət, millətlərə istiqlal!

"20 il əvvəl bu yola çıxdım..." - Afaq Gəncəli

695 03.01.2026 21:20 Şou-biznes A A

Aparıcı Afaq Gəncəli aparıcısı olduğu "Onlar" verilişinin 20 yaşı olması münasibətilə paylaşım edib.

Afaq proqramı ilə bağlı ürək sözlərini bölüşərək, 20 illik yoldan bəhs edib:

"20 yaşın mübarək, "Onlar". Bu, sadəcə bir veriliş deyil, ulduzların doğulduğu səhnə, xəyalların işıqlandığı ekran, zamanın yaddaşına yazılan əfsanəvi yolun adıdır! 20 il əvvəl yola çıxdın… O gündən bu günə kimlər gəldi, kimlər keçdi, kimisi ilk dəfə burada parladı, kimisi buradan zirvəyə qalxdı, amma hamısının yolu bir nöqtədən keçdi - "Onlar"dan. Estrada ulduzları, səhnənin kraliça və kralları, ilk addımını atan gənclər, əfsanəyə çevrilən adlar… Hamısının ünvanı bir idi. Bura ulduzların məkanı, şou-biznesin ürəyi, parıltının, emosiyanın, səs-küyün və həqiqətin bir araya gəldiyi əfsanəvi platformadır. Bu gün 20 illik tarix, 20 illik xatirə, 20 illik səhnə alqışı var. Əfsanəvi "Onlar", ad günün mübarək! Yolun açıq, ekranın işıqlı, ulduzların daim parlaq olsun. Çünki "Onlar" varsa, şou var".  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR