İnsanlara hürriyət, millətlərə istiqlal!

2025-ci ildə ailə quran məşhurlar - SİYAHI

927 12.12.2025 16:35 Şou-biznes A A

2025-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu il də şou-biznes nümayəndələri şəxsi həyatları ilə diqqət çəkməyi bacarıb. İstər məşhurlar, istərsə də, onların övladları ailə qurmaları ilə gündəmə gəliblər.

Musavat.com bu il ailə quran tanınmışların siyahısını təqdim edir. 

Influenser Nəcibə Əhmədinin (Nadjiba) Qədir adlı bəylə ailə qurub.

Məşhur Hip-Hop tənqidçisi və aparıcı Samir Ramazanov bu il ailə quranlar arasındadır.

ƏSA teatrının aktyoru Elşən Əskərov da  ailə qurub.

Müğənni Cavidan Fatihi Xəyalə adlı xanımla nikah masasına oturub.

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov evlənib. 34 yaşlı yarımmüdafiəçi sevgilisi İsa Qonqora ilə ailə həyatı qurub.

Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin evində toy baş tutub. Bəstəkarın qızı Banuçiçək Mehrac adlı bəylə ailə qurub.

Xalq artisti Zeynəb Xanlarovanın nəvəsi yer alıb. Z.Xanlarovanın adını daşıyan nəvəsi Zeynəb Tamerlan adlı bəylə ailə qurub. 

“Xəzər” Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti Murad Dadaşov oğlu Kamala toy edib. Gecədə Xalq artisti Aygün Kazımova, Emin Ağalarov, Əməkdar artist Xəyyam Nisanov,Murad Arif  kimi bir çox ulduz səhnəyə çıxıb. Azərbaycan əsilli qazaxıstanlı reper Jah Xalib (Bəxtiyar Məmmədov), gürcü əsilli müğənni Brendoun Stoun da məclisə qatılanlar arasında yer alıb.

Məclis mediaya qapalı şəkildə keçirilib və bəylə-gəlinin fotolarının paylaşılması qadağan edilib.

Rejissor Emil Abdullayevlə aktrisa Ləman Mərrihin də nikah masasına oturub.

Subaylığın daşını atan sırasına aktyor Kənan Yusifov da qoşulub.

Mərhum Əməkdar artist Cavanşir Məmmədovun evində toy olub. Müğənninin nəvəsi Rəfiqə ailə qurub. 

Müğənni Akif İslamzadənin ailəsində də  xoş gün olub. Sənətçi oğlu Ayxana toy edib.

Bu il Xalq artisti Rasim Balayevin nəvəsi Sevilin Cəmil adlı bəylə toyu baş tutub.

Xalq artisti Məmmədbağır Bağırzadənin nəvəsi Yusif ailə qurub.

Müğənni Nadir Qafarzadənin oğlu Əziz Sevil adlı xanımla nikah masasına əyləşib.

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun futbolçu oğlu Musa Qurbanlı Əsmər adlı xanımla nikah masasına əyləşib.

Əməkdar artist Nurlan Növrəsli isə bu il ikinci dəfə  evlənib.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR