İnsanlara hürriyət, millətlərə istiqlal!

32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü

2144 01.01.2026 21:13 Kriminal A A

Yanvarın 1-də Bakıda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Ərazidə yerləşən “Purple Karaoke” restoranında müştərilər arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. 36 yaşlı H.Məcidov münaqişə zəminində paytaxt sakini 32 yaşlı E.Rəcəbliyə bıçaqla xəsarət yetirib. E.Rəcəbli xəstəxanaya aparılarkən yolda ölüb. H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd edək ki, qətlə yetirilən Emil Rəcəbli sözügedən restoranda administrator vəzifəsində çalışıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bıçaqlanma nəticəsində vəfat edən Emil Rəcəblinin fotosunu təqdim edirik.

32-yasli-kisi-bayram-gecesi-klubun-qarsisinda-olduruldu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR