İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Əraqçi: Fransa ilə məhbus mübadiləsi tezliklə baş tuta bilər

680 27.11.2025 05:02 Dünya A A

Fransa və İran məhbus mübadiləsi ilə bağlı razılığa gəliblər.

"Report"un məlumatına görə, bunu hazırda Parisdə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi "France 24"-ə müsahibəsində bildirib.

"İran və Fransa arasında məhbus mübadiləsi danışıqlar və razılaşma predmeti olub. Hazırda hər iki ölkədə hüquqi və məhkəmə prosedurlarının tamamlanmasını gözləyirik", - o qeyd edib.

A.Əraqçinin sözlərinə görə, mübadilə prosesi İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib.

"Fransada məhkəmə prosesinin tamamlanmasını gözləyirik və buna görə də mübadilə yanvar ayının ortalarından gec olmayaraq baş tutacaq. Lakin hər şey Fransa məhkəməsinin qərarından asılıdır", - nazir əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR