Tramp administrasiyası “Amerikanın Səsi” radiostansiyanın tam fəaliyyətini davam etdirməsini tələb edən məhkəmə qərarına baxmayaraq, radiostansiyasını yayım imkanlarını azaldacaq və bir neçə xarici ofisini bağlayacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ hakimiyyəti radiostansiyanın fəaliyyətini məhdudlaşdırmaq planı ilə irəliləyir. 25 noyabrda Konqresə göndərilən bildirişə görə, altı xarici redaksiya və dörd yayım təşviqi ofisi tezliklə fəaliyyətini dayandıracaq.
"Amerikanın Səsi"nə nəzarət edən agentliyin rəhbəri Kari Leyk bildirib ki, ixtisarlar Cakarta, İslamabad, Nayrobi və Praqadakı ofislərə təsir edəcək. Bu tədbirlər Amerika dövləti tərəfindən maliyyələşdirilən medianın xaricdəki mövcudluğunu azaltmaq üçün daha geniş strategiyanın bir hissəsidir.
Musavat.com






