İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ aviadispetçerlərinə 10 min dollarlıq mükafat

661 22.11.2025 15:36 Dünya A A

ABŞ Nəqliyyat Nazirliyi ölkədə baş verən uzunmüddətli şatdaun dövründə fasiləsiz çalışan Federal Aviasiya Administrasiyasının (FAA) əməkdaşlarını mükafatlandıracaq.

Musavat.com xəbər verir ki, məlumata görə, işi bir gün belə buraxmayan 776 aviadispetçer və texnik hər biri 10 min dollar bonus alacaq. Bu ödəmələr 9 dekabradək həyata keçiriləcək.

Nazirlik bildirir ki, bu əməkdaşlar maaşların dayandırıldığı müddətdə belə tam davamiyyətlə işləyiblər və buna görə “qüsursuz xidmət” kimi qiymətləndirilib.

Bununla yanaşı, FAA daxilində şatdaun zamanı işə çıxmayan, o cümlədən 40–43 günlük fasilədə xəstəlik kağızı götürən əməkdaşlar mükafatlardan məhrum edilə bilər.

Xatırladaq ki, ABŞ Senatı ölkə tarixinin ən uzun şatdaununu dayandırmaq barədə razılığa gəlib - bu böhran 40 gün davam etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR