ABŞ Maliyyə Nazirliyi Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleksandr de Moraisə qarşı əvvəllər tətbiq etdiyi sanksiyaları ləğv edib.
Musavat.com xəbər verir ki,məlumat ABŞ Maliyyə Nazirliyinin bölməsi olan Xarici Aktivlərə Nəzarət İdarəsinin veb saytında dərc olunub.
Sənəddə bu qərarın səbəbi göstərilmir. ABŞ məhdudiyyətləri de Moraisin həyat yoldaşına da şamil edilməyəcək.
ABŞ Maliyyə Nazirliyi iyulun sonlarında hakimə qarşı sanksiyaları Braziliyanın keçmiş prezidenti Jair Bolsonaroya qarşı iş, eləcə də ABŞ şirkətləri ilə bağlı məhkəmə prosesləri səbəbindən elan edib. ABŞ Maliyyə naziri Skott Bessent daha sonra de Moraisin "ABŞ və Braziliya fərdlərinə və şirkətlərinə qarşı qanunsuz cadugər ovunda" iştirak etdiyini bildirib. ABŞ Maliyyə Nazirliyi hakimin "senzura, özbaşına həbslər və insan hüquqlarının pozulması, eləcə də Bolsonaroya qarşı siyasi motivli təqiblərə görə məsuliyyət daşıdığını" açıqlamışdı.
Musavat.com






