ABŞ-ın Miqrasiya və Gömrük Xidmətinin əməkdaşları Los-Ancelesdə Azərbaycan pasportu daşıyan qanunsuz miqrantı həbs edib.
Musavat.com "Fox News"a istinadən xəbər verir ki, həbs olunan şəxsin bir neçə məhkumluğu olub. O, heyvanlara qarşı vəhşilik, yanğın törətmək və qadağan olunmuş maddələrin saxlanılması kimi cinayətlərə görə məhkum olunub.
ICE-nin məlumatına görə, Rafael Vladimiroviç Sarkisyan noyabrın 25-də Los-Ancelesdə Miqrasiya və Gömrük Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. O, deportasiya prosesinə qədər həbsdə qalacaq.
Həbs olunan Sarkisyan böyük ehtimalla 1990-cı illərin əvvəllərində sovet pasportu ilə Azərbaycandan köçmüş ermənilərdən biridir və müstəqil Azərbaycan Respublikası vətəndaşı hesab edilmir.
Lakin, ABŞ-ın Miqrasiya və Gömrük Xidməti onu Azərbaycana deportasiya edəcək.
Musavat.com






