İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da helikopterlər havada toqquşdu, ölən var

451 28.12.2025 23:53 Hadisə A A

ABŞ-ın Nyu-Cersi ştatının Hammonton şəhərində iki Enstrom F-28A və Enstrom 280C helikopterləri havada toqquşub.

Musavat.com NBC News-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb. Digəri isə dağıntılar altından tapılıb və vəziyyəti ağırdır.

Hammonton polis rəisi Kevin Frielin sözlərinə görə, toqquşma saat 11:25 radələrində (Bakı vaxtı ilə saat 20:25) Hammonton Hava Limanı yaxınlığında baş verib. Federal Aviasiya Administrasiyasının məlumatına görə, hər bir helikopterdə yalnız bir pilot olub.

Hər iki helikopter toqquşmadan sonra yerə çırpılıb və biri alovlanıb. Yanğınsöndürənlər, polis və təcili yardım işçiləri hadisə yerinə gəlib. Zərərçəkən xəstəxanaya aparılıb. Qəzanın səbəbinin araşdırılmasına Milli Nəqliyyat Təhlükəsizliyi Şurası rəhbərlik edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR