ABŞ-n ın "The New York Times" (NYT) qəzetı Pentaqonu məhkəməyə verib .
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qəzet ABŞ Müdafiə Nazirliyi tərəfindən tətbiq olunmuş yeni məhdudiyyətlərin jurnalistlərin konstitusion hüquqlarını pozduğunu bəyan edib.
NYT bildirib ki, Pentaqonun qəbul etdiyi yeni qaydalar söz və mətbuat azadlığını təmin edən Konstitusiyanın birinci düzəlişini pozur. Qəzet xatırladır ki, oktyabrdan etibarən jurnalistlər “jurnalist fəaliyyətinə məhdudiyyətlər” nəzərdə tutan 21 səhifəlik formaya imza atmağa məcburdurlar. Bu məhdudiyyətlər xüsusilə məlumat mənbələri ilə işə aiddir. NYT ümid edir ki, məhkəmə Pentaqonu bu praktikanı dayandırmağa məcbur edəcək.
Vəziyyətə münasibət bildirən Pentaqon rəsmiləri deyiblər ki, hərbi obyektlərə giriş “tənzimlənən bir imtiyazdır”. Nazirliyin iddiasına görə, məqsəd milli təhlükəsizliklə bağlı məlumat sızmalarının qarşısını almaqdır.
Qəzetin məlumatına görə, yeni qaydalar dərc olunandan qısa müddət sonra Pentaqonda akkreditasiyası olan onlarla jurnalist etiraz əlaməti olaraq giriș kartlarını geri qaytarıblar. Müdafiə Nazirliyini daha əvvəl ABC News, CBS News, CNN, Fox News və NBC News kimi telekanallar da tənqid edib.
Fevral ayında AP (Associated Press) agentliyi də Ağ Evdə keçirilən mətbuat konfranslarına jurnalistlərinin girişinin məhdudlaşdırılmasına görə üç inzibati əməkdaşa qarşı məhkəməyə müraciət edib.
Musavat.com






