Noyabr ayında ABŞ-ın federal büdcə kəsiri 173,277 milyard dollar təşkil edib.
Musavat.com ABŞ-ın Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayındakı 366,763 milyard dollar iki dəfədən də azdır.
Ay ərzində büdcə gəlirləri 11,4 faiz artaraq 336 milyard dollara çatıb ki, bu da ay üçün rekord göstəricidir. Gömrük gəlirləri 30,76 milyard dollar təşkil edib.
Xərclər 23,8 faiz azalaraq 509,3 milyard dollara düşüb.
Təqvim faktorunu (bəzi ödənişlərin təxirə salınmasını) nəzərə alsaq, noyabr ayında kəsir bir il əvvəlki eyni ayla müqayisədə 6 faiz azalıb.
2025-ci maliyyə ilinin 1 oktyabrdan başlayan ilk iki ayında ABŞ büdcə kəsiri 26,7 faiz azalaraq 457,627 milyard dollara düşüb. Bu zaman gəlir 17,8 faiz artaraq 740,373 milyard dollara çatıb. Xərclər isə 4,4 faiz azalaraq 1,198 trilyon dollar təşkil edib.
30 sentyabrda başa çatan 2025-ci maliyyə ili üçün ABŞ hökumətinin büdcə kəsiri 2,3 faiz azalaraq 1,775 trilyon dollar təşkil edib.
Ölkə 2020-ci maliyyə ilində rekord həddə - 3,1 trilyon dollar kəsir qeydə alıb. Büdcədə sonuncu dəfə profisit 2001-ci maliyyə ilində qeydə alınıb.
Musavat.com






