İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Özbəkistan şirkətləri və vətəndaşlarına viza sanksiyası tətbiq etdi

1235 20.02.2026 08:13 Dünya A A

Vaşinqton administrasiyası ABŞ-a qanunsuz miqrasiyanı asanlaşdıran Özbəkistan vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada yer alıb. Sənədə görə, viza məhdudiyyətləri "viza işlənməsi ilə bağlı kömək edən Özbəkistanda yerləşən iki şirkətin rəhbərləri və yüksək vəzifəli nümayəndələrinə" tətbiq edilib. ABŞ hakimiyyətinin məlumatına görə, bu şəxslər "qəsdən əsasən ABŞ-a qanunsuz miqrasiya etməyi planlaşdıran xarici vətəndaşlar üçün nəzərdə tutulmuş turizm xidmətləri göstəriblər".

Sənəddə nə sözügedən şirkətlərin, nə də məhdudiyyət tətbiq olunan Özbəkistan vətəndaşlarının adları göstərilmir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR