İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Serbiyada sanksiyalı neft zavodunun fəaliyyətinə icazə verdi

396 05.01.2026 01:43 Dünya A A

ABŞ Serbiyada sanksiyalar altında olan neft emalı zavodunun (NIS) fəaliyyətinin bərpasına icazə verib və eyni zamanda Rusiya payının satılması üçün müddət müəyyən edib.

Musavat.com xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç açıqlama verib.

Vuçiçin sözlərinə görə, yanvarın 15-də ölkəyə 85 min ton xam neftin daxil olmasından sonra, yanvarın 25–26-da neft məhsullarının istehsalına başlanılması gözlənilir. Prezident bildirib ki, bu qərar Serbiyanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Serbiya lideri həmçinin qeyd edib ki, ABŞ tərəfi şirkətə Rusiya kapitallı payların özgəninkiləşdirilməsi ilə bağlı danışıqlar aparmaq üçün martın 24-dək vaxt verib. Məlumata əsasən, NIS-də Gazprom 11,3 faiz, onun sanksiyaya məruz qalan neft törəməsi Gazprom Neft isə 44,9 faiz paya malikdir. Serbiya dövlətinin payı 29,9 faiz təşkil edir, qalan səhmlər isə xırda səhmdarlara və şirkət əməkdaşlarına məxsusdur.

Vuçiç vurğulayıb ki, Serbiya hökuməti Rusiya payının satışı ilə bağlı aparılan danışıqları dəstəkləyir. Həmin payın Macarıstanın MOL şirkətinə satılması variantı əsas müzakirə mövzularından biri kimi dəyərləndirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR