İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Səudiyyədən İZAHAT TƏLƏB EDİR - Türkiyə qırıcılarına görə...

1104 18.02.2026 10:16 Dünya A A

ABŞ prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanından Türkiyənin beşinci nəsil KAAN qırıcı təyyarəsini almaq istəyi ilə bağlı izahat tələb edib.

Musavat.com xəbər verir ki, təyyarənin istehsalçısı olan "Turkish Aerospace Industries" (TAI) müqavilənin bu ilin əvvəlində imzalanacağını gözləyir.

Vaşinqton bunu öz müdafiə sənayesinə çağırış kimi qiymətləndirir. ABŞ uzun müddətdir ki, Fars körfəzi ölkələrinin hərbi ehtiyaclarını əsasən təkbaşına qarşılamağa çalışır.

Mənbələr "The Middle East Eye"yə (MEE) bildiriblər ki, ABŞ Ər-Riyadın Türkiyə müdafiə məhsullarına olan marağından narazıdır.

Onların sözlərinə görə, Vaşinqton Ankaranın Amerika F-35-lərinə alternativ kimi gördüyü KAAN beşinci nəsil qırıcısının mümkün alınması ilə bağlı rəsmi izahat istəyib.

Adı çəkilməyən yüksək vəzifəli bir məmur MEE-yə bildirib ki, "Səudiyyə tərəfinə belə mesaj verilib: ABŞ-nin qarşılamadığı hansı ehtiyac var ki, KAAN üçün Türkiyəyə üz tutursunuz? Administrasiya ABŞ silah ixracının prioritet qalmasını istəyir".

MEE mənbələri qeyd edir ki, potensial KAAN müqaviləsi ABŞ müdafiə sənayesinin Səudiyyə bazarındakı payını azalda bilər.

Lakin onlar ABŞ-nin Krallığa Türkiyə ilə potensial müqaviləyə alternativ təklif edə bilməyəcəyini qəbul edirlər. Həqiqət budur ki, potensial KAAN müqaviləsi, Ər-Riyad və Ankara arasında razılaşdırılarsa, TAI-nin istehsal müəssisələrinin Səudiyyə Ərəbistanında yerləşməsi ilə nəticələnəcək.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşviq etdiyi "Vizyon 2030" proqramı Krallığın müdafiə xərclərinin 50%-nin yerli istehsal olunan məhsulların alınmasına ayrılmasını nəzərdə tutur.

Məlumata görə, KAAN müqaviləsi Prezident Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına son səfəri zamanı müzakirə olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR