Ermənistan və ABŞ Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu Layihəsinin (TRIPP) bir hissəsi olaraq Ermənistanda nəqliyyat marşrutlarının inkişafı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşə dair açıqlamasında yer alıb: "TRIPP Ermənistan daxilində maneəsiz multimodal tranzit rabitəsini təmin etmək üçün nəzərdə tutulub".
Dövlət Departamenti tərəfindən dərc edilən yol xəritəsi layihəsində qeyd olunur ki, TRIPP layihəsi "Ermənistan ərazisində müəyyən tranzit marşrutları çərçivəsində, gələcəkdə ətraflı şəkildə müəyyən ediləcək yerlərdə inkişaf etdirilməli və Ermənistanın bütün layihə əraziləri üzərində tam suverenliyi qorunmalıdır".
TRIPP Development şirkəti TRIPP infrastrukturunun inkişafı və tətbiqi üçün məsuliyyət daşıyacaq. Şirkət ABŞ tərəfindən idarə olunacaq. Yol xəritəsində Ermənistanın ABŞ-a şirkətdə 74 faiz, Ermənistana isə 26 faiz pay təklif etmək niyyətində olduğu göstərilir: "Bu müqavilənin daha 50 il uzadılması və Ermənistan hökumətinə əlavə səhmdar hüquqlarının verilməsi gözlənilir. Müqavilə onun səhmlərini 49 faizə çatdıracaq".
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra ABŞ dövlət katibi Marko Rubio bildirib ki, TRIPP "Ermənistanı biznesə açır və iqtisadi cəhətdən çiçəklənməsinə imkan verir, lakin bunu heç bir şəkildə Ermənistanın suverenliyini pozmayan şəkildə edir".
Musavat.com






