İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesuela sahillərində boş tankeri ələ keçirdi

429 21.12.2025 22:35 Hadisə A A

Bu gün ABŞ Venesuela sahillərində üçüncü neft tankerini ələ keçirib.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, müsadirə ABŞ prezidenti Donald Trampın Nikolas Maduro hökumətinə qarşı neft blokadasını sərtləşdirdiyi bir vaxtda baş verib.

Agentliyin mənbəsinə görə, sözügedən tanker ABŞ sanksiyalarına məruz qalan “Bella 1” adlı tankeridir. Mənbə bildirib ki, Panama bayrağı altında üzən gəmi yükləmək üçün Venesuelaya gedirmiş.

Bu, artıq üçüncü tankerdir ki, ABŞ ələ keçirir. Dünən ələ keçirilən Centuries tankeri ABŞ-ın sanksiya siyahısında olmayıb. Mənbələr tankerin Panama bayrağı altında üzdüyünü və neftə olan hüquqların Çin şirkətinə məxsus olduğunu bildirir.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli X hesabınd tankerin ABŞ sanksiyaları altında olan PDVSA şirkətindən neft daşıdığını yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR