İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesueladan Çinə neft daşıyan tankeri saxladı – Karakasdan etiraz

444 21.12.2025 08:00 Hadisə A A

Venesuela sahillərində ABŞ tərəfindən saxlanılan tanker Panama bayrağı altında hərəkət edərək Çin neft treyderinə çatacaq nefti daşıyırmış.

Musavat.com xəbər verir ki, məlumatı The New York Times (NYT) mənbələrə istinadən yayıb.  Mənbələrə görə, sözügedən gəmi Venesuela neftini daşıyan Centuries adlı gəmi idi. Qəzet gəminin ABŞ Maliyyə Nazirliyi tərəfindən qara siyahıya salınmadığını aydınlaşdırıb. Yük Çin neft emalı zavodlarına Venesuela yanacağı tədarük edən Çin neft treyderinə məxsus idi.

Qeyd edək ki, daha əvvəl Reuters agentliyi ABŞ-ın Venesuela sahillərində beynəlxalq sularda tankeri tutmaq və saxlamaq üçün əməliyyat keçirdiyinə dair məlumat yaymışdı. Axios daha sonra mənbələrə istinadən xəbər verib ki, ABŞ hərbçiləri güc nümayişi və Tramp administrasiyasının sanksiyalı olub-olmamasından asılı olmayaraq, Venesuela neftini daşıyan demək olar ki, bütün tankerlərin yoxlanılmasına və mümkün müsadirəyə məruz qaldığına inandığını aydınlaşdırmaq üçün neft tankerinə miniblər.

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem tankerin saxlanması xəbərini təsdiqləyərək, ölkəsinin Karibdə qanunsuz rejimlərin saxlanmasına yönələn bütün ticarəti dayandıracağını elan edib.

Venesuela hakimiyyəti ABŞ-ın Venesuela neftini daşıyan ikinci tankerin və onun heyətinin ələ keçirilməsini pisləyib. Bu, ölkənin icraçı vitse-prezident və karbohidrogenlər naziri Delsi Rodrigezin Telegram kanalında dərc olunmuş hökumət kommunikesində qeyd olunub: "Venesuela Bolivar Respublikası, ABŞ hərbi qulluqçuları tərəfindən beynəlxalq sularda Venesuela nefti daşıyan başqa bir özəl gəminin ələ keçirilməsini və oğurlanmasını, eləcə də heyət üzvlərinin zorla oğurlanmasını pisləyir və qəti şəkildə rədd edir". Vurğulanır ki, bu "ağır cinayət" beynəlxalq hüququ, Dəniz Gəmiçiliyi haqqında Konvensiyanı və BMT Nizamnaməsini pozaraq törədilib.

10 dekabrda ABŞ prezidenti Donald Tramp Venesuela sahillərində tankerin saxlanılmasını təsdiqləyib və ölkəsinin nefti müsadirə planlaşdırdığını qeyd edib. Baş Prokurorluq funksiyasını yerinə yetirən ABŞ Ədliyyə Nazirliyi gəminin ABŞ sanksiyalarını pozaraq Venesuela və İrandan neft daşıdığını bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR