İnsanlara hürriyət, millətlərə istiqlal!

Aeroport yolunda dəhşətli qəzanın görüntüləri - VİDEO

1623 08.04.2026 10:31 Hadisə A A

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın Xəzər rayonu, Aeroport şosesində baş vermiş ağır yol-nəqliyyat hadisəsinin videogörüntülərini yayıb.

Musavat.com xəbər verir ki, görüntülərdə qəzanın sürət həddinin aşılması, təhlükəli manevrlər və ara məsafəsinin düzgün saxlanılmaması səbəbindən baş verdiyi aydın görünür.

Qeyd olunub ki, sürücülərin bu cür məsuliyyətsiz davranışları yalnız öz həyatlarını deyil, digər hərəkət iştirakçılarının da təhlükəsizliyini ciddi risk altına qoyur. Yol hərəkəti qaydalarının kobud şəkildə pozulması inzibati məsuliyyət yaratmaqla yanaşı, ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti ilə də nəticələnə bilər.

Bir neçə gün əvvəl baş verən bu qəza bir çox sürücülərə tanış mənzərəni xatırladır. Mərkəz sürücülərə müraciət edərək, bu cür hadisələrin təkrarlanmaması üçün yayımlanan görüntülərdən nəticə çıxarmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR