İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrikada "patron" oldu, 24 ölkədə "pardon" dedirtdi - Fransa və digərlərinin müstəmləkəçiliyi

861 16.12.2025 13:43 Analitika A A

Avrasiyadan sonra ikinci ən böyük materik (həm də ikinci ən böyük qitə) olan Afrikada 54 müstəqil dövlət və 8 asılı ərazi var.

50-60 il əvvələ qədər bu ölkələrin, demək olar ki, hamısı, A.-dan Z-yə (Anqoladan Zimbabveyə) qədər Avropanın qüdrətli ölkələrinin müstəmləkəsi olub və hələ də onlardan bu və ya digər şəkildə asılıdırlar.

Böyük Britaniyanın müstəmlələri aşağıdakı dövlətlər olub: Botsvana, Qambiya, Qana, Qvineya, Zambiya, Zimbabve, Kamerun (yarısı), Keniya, Lesoto, Liberiya, Liviya, Mavrikiya, Malavi, Namibiya, Nigeriya, Seyşel adaları, Somali (bu ölkənin cənubu İtaliyanın müstəmləkəsi olub), Sudan, Cənubi Sudan, Tanzaniya, Uqanda, Esvatini, CAR

Fransanın “patron” olub, “pardon” dedirtdiyi ölkələr bunlardır: “Benin, Əlcəzair, Mərakeş, Tunis, Niger, Cibuti, Burkona-Faso, Qabon, Qərbi Saxara, Kamerun (yarısı), Qəmər adaları, Kot d`İvuar, Mavritaniya, Madaqaskar, Mali, Konqo, Seneqal, Toqo, Mərkəzi Afrika Respublikası, Çad, Bundan başqa, Mayotta və Reniyon kimi ərazilər hələ də Fransaya bağlıdır.

Portuqaliya Anqola, Qvineya-Bisau, Kabo-Verde, Mozambik, Sam-Tome və Prinsipi, Syerra-Leone kimi ölkələri istismar edib.

İspaniya öz müstəmləki siyasətini Atlantik okeanının o tayında Mərkəzi və Cənubi Amerakada, eləcə də Karib dənizindəki adalarda yeridib, amma Afrikada da bu kimi ölkələrə sahiblənib: Kanar adaları, Seuqa, Ekvatorial Qvineya,

Belçikanın inhisarında üç Afrika ölkəsi olub: Burundi, Konqo DR, Ruanda,

İtaliya bir ara Efiopiyada yerləşib. Sonra bu ölkədən bir dövlət də əmələ gəlib – Eritreya.

Bu qitədə yalnız Misirin müstəqilliyinin ömrü bir az uzundur, yerdə qalanları öz suverenliklərini ötən əsrin ortalarında əldə ediblər.

Bu sırada tək onlar deyil, Cənubi Amerikanın, Mərkəzi, Cənub-Şərqi Asiyanın, eləcə də Ön Asiyanın müasir dövlətlərinin tam əksəriyyəti böyük ölkələrin müstəmləkəsi olub – Hindistandan Şərqi Timora qədər.

Bir sözlə, yüz il əvvəl, yəni 1925-ci ildə dünyada indikindən üç dəfə az dövlət olub. İndi BMT üzvlərini sayı 200 civarındadırsa, yüz il əvvəl müsttəqil dövlətləri sayı 50-60 arasında olub.

Ən maraqlısı odur ki, müstəqil dövlətlərin sayını dünya müharibələri artırıb. Həm I, həm də II dünya müharibəsi imperiyaların çöküşünə səbəb olub və onlar özləri də istəmədən müstəmləkələrindən əl çəkməyə məcbur olublar. Bir çoxları isə sonrakı illərdə artıq aborigen xalqların permanent vətəndaş itaətsizliyi və silahlı müqavimətləri ilə üzləşdiklərindən məcburən xalqlara istiqalal veriblər. Elə SSRİ və Yuqoslaviya “soyuq müharibə”ni uduzduqlarına görə 15+6 müstəqil dövlət yarandı.

Ancaq bu, o demək deyil ki, keçmiş imperiyalar, əsasən Böyük Britaniya, Fransa və Rusiya öz keçmiş müsttəmləkələrindən asanlıqla əl çəkiblər və bu gün onları bu və ya digər şəkildə idarə etməyə cəhd etmirlər. Fransa keçmiş müstəmləkələrini Frankofoniya adlı təşkilatda birləşdirib və bu ölkələrdə dövlət dilinin hələ də fransız dili (!) olaraq qalmasına çalışır. Təsəvvür edin ki, Afrikada 60 ildən bəri öz milli dövlətçiliyinə malik olan 10-dan çox ölkənin iki əsas dilindən biri məhz fransızcadır. İngiliscə danışan ölkələrin sayı bundan da çoxdur.

Rusiyanın keçmiş SSRİ respublikalarında rusdilli məktəblər açmasının, rusdilli media təsis etməsinin, rus dilinə xüsusi status istəməsinin sirri bundadır. Dil məsələsinə xüsusi önəm vermək imperiyalara xas ümumi cəhətdir. Eyni zamanda bu, metropoliyanın dilini bilən kadr kontingentinin diri saxlanılması deməkdir və keçmiş müstəmləkələrə yenidən qayıtmaq, hökmran olmaq, ölkələri asan idarə etmək üçün nəzərdə tutulur.

Rusiya sonuncu dağılan imperiyadır (əslində tam dağılmayıb), SSRİ-nin süqutunu hələ də həzm edə bilmir. 34 ildir ki, Kremlin fikri-zikri postsovet ölkələri hansısa adla bir çətir altına yığmaq, idarə və istismar etməkdir. Onun Ukrayna ilə savaşının, Moldova və Ermənistanı təhdid etməsinin, Azərbaycana təzyiqinin, Gürcüstanı şillələyib yola gətirməsinin, Orta Asiya respublikalarına vaxtaşırı göz ağartmasının, Belarusa qarşı “qamçı və kökə” siyasəti yeritməsinin əsas səbəbi budur – itaət istəyir.

Kremldə düşünürlər ki, Avropanın qüdrətli dövlətləri 60 ildən sonra da öz müstəmləkələrindən biryolluq əl çəkməyiblərsə, bu, niyə öz müstəmləkələrini azad buraxmalıdır.

İndi dünyada yeni imperiyalar da əmələ gəlib. ABŞ və Çin də çalışır ki, bacardıqca daha çox ölkələri özlərindən asılı etsinlər və onların təbii ehtiyatlarından, istedadlı və bacarıqlı insan resurslarından yararlansınlar.

Bir sözlə, dünyada gedən savaşlar böyük dövlətlərin kiçiklər üzərində ağalıq etmələrinə görədir. Tarixən belə olub. Hazırda müstəmləkəçilik siyasətinin adı dəyişib, mahiyyəti eləcə də qalır.

Daha bir acı gerçəklik odur ki, keçmiş metropoliyaların, demək olar ki, hamısı firavan, inkişaf etmiş ölkələrdir, müstəmləkələrin tam əksəriyyəti kasıbdır, ümumi tərəqqidən geri qalıblar. Bunun bir səbəbi də həmin xalqların əsrlər boyunca öz talelərinin sahibi olmamasıdır.

Uzun sözün kəsəsi, dünyanın ağası olmaq istəyən böyük dövlətlərdən ədalət gözləmək absurddur.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR