İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən İran xəbərdarlığı: "47 illik terror və şantaj dövrü bitir"

1716 08.04.2026 04:00 Dünya A A

Ağ Evin rəsmi "X" platformasındakı hesabında Donald Trampın fotosu və kəskin fikirləri paylaşılaraq, İran rejiminə qarşı yeni və sərt kursun anonsu verilib.

Paylaşımda "47 illik şantaj, korrupsiya və ölüm nəhayət ki, sona çatacaq" ifadəsi işlədilərək, onilliklər boyu davam edən regional qeyri-sabitliyə son qoyulacağı vurğulanıb.

Musavat.com xəbər verir ki, Ağ Ev administrasiyası İran rejiminin onilliklər boyu davam edən terror fəaliyyətlərinin Donald Trampın rəhbərliyi altında artıq mümkün olmayacağını bəyan edib. Bu açıqlama Vaşinqtonun Tehranla bağlı siyasətində daha kompromissiz bir mərhələyə keçdiyinin rəsmi göstəricisi kimi qiymətləndirilir.

photo_2026-04-08_02-25-47.jpg (98 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR