İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdərəyə ilk qar yağdı - FOTO, VİDEO

731 26.12.2025 22:07 Ölkə A A

Ağdərə rayonuna mövsümün ilk qarı yağıb.Qısa vaxt ərzində ərazi ağ örtüyə bürünüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com- a verilən məlumata görə, yağan qar hərəkətə və gündəlik fəaliyyətə hər hansı çətinlik yaratmayıb. Avtomobil yolları açıqdır, nəqliyyatın normal hərəkəti təmin olunur.

Mövcud hava şəraiti ilə əlaqədar aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.

 

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR