İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiyaya qarşı 20-ci sanksiya zərbəsinə hazırlaşır: enerji və bank sektoru hədəfdə

429 31.12.2025 15:14 Dünya A A

Avropa İttifaqı Ukraynada münaqişənin başlanmasının ildönümü ərəfəsində Rusiyaya qarşı yeni, 20-ci sanksiyalar paketini hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "WELT" nəşri məlumat yayıb.

Məlumata görə, Aİ ölkələri yaxın vaxtlarda yeni məhdudiyyətləri təsdiqləməyi planlaşdırır. Sanksiyalar ayrı-ayrı fiziki şəxslərə və təşkilatlara qarşı tədbirləri, həmçinin enerji və bank sektorunu əhatə edəcək.

Bundan əlavə, Brüsseldə Rusiyadan uranın idxalına qadağa qoyulması və mövcud sanksiyalardan yayınmaq üçün istifadə edilən boşluqların bağlanması məsələsi də müzakirə olunur.

Qeyd olunur ki, bu paket Rusiyaya qarşı indiyədək tətbiq edilən ən sərt məhdudiyyətlərdən biri ola bilər və Aİ-nin Moskva üzərində siyasi-iqtisadi təzyiqini daha da artırmağı hədəfləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR