İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Arktika üçün NATO missiyası yaratmaq istəyir

338 12.01.2026 01:48 Dünya A A

Almaniya NATO çərçivəsində “Arktik keşikçi” adlı yeni birgə missiyanın yaradılmasını planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Məlumata görə, layihəyə Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın da qoşulması nəzərdə tutulur. Təşəbbüsün əsas məqsədi Qrenlandiya məsələsi fonunda ABŞ-la yaranan gərginliyin azaldılmasına töhfə verməkdir.

Qeyd olunur ki, “Arktik keşikçi” missiyası funksional baxımdan NATO-nun artıq fəaliyyət göstərən “Baltik keşikçi” missiyasının analoqu kimi nəzərdə tutulur. Yeni mexanizm Arktika bölgəsində təhlükəsizlik, nəzarət və koordinasiyanın gücləndirilməsinə yönələcək.

Layihənin detalları və həyata keçirilmə vaxtı ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR