Almaniya kansleri Merz bildirib ki, Avropa ABŞ-a Ukraynanın ərazi güzəştləri ilə bağlı sənəd təqdim edib.
Musavat.com xəbər verir ki, sənəddə Ukraynanın potensial olaraq qəbul edə biləcəyi ərazi güzəştləri nəzərdə tutulur.
Kansler məsələnin Ukrayna Prezidenti və xalqı tərəfindən cavablandırılmalı olduğunu qeyd edib və Tramp ilə bu barədə açıq danışdıqlarını bildirib.
Kansler Makron, Starmer və Trump ilə görüşdən sonra, Ukraynanın ərazi məsələsinin gələcək müzakirələrdə ön planda olacağını bildirib. O əlavə edib ki, Avropa və ABŞ arasında yeni danışıqlar keçirilməsi gözlənilir və bu danışıqlar gələn həftə Berlin görüşünə səbəb ola bilər.
Musavat.com






