İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan 5 min ABŞ əsgərinin çıxarılması əvvəlcədən planlaşdırılmışdı - Merz

470 04.05.2026 09:53 Siyasət A A

ABŞ-ın Almaniyadan hərbi kontingentinin bir hissəsinin çıxarılması əvvəlcədən planlaşdırılmışdı və bu, Almaniya kansleri Fridrix Merzlə  ABŞ prezidenti Donald Tramp arasında İran məsələsində fikir ayrılığı ilə əlaqəli deyil.

Musavat.com xəbər verir ki, bunu Merz Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibədə deyib: "Söhbət Co Baydenin müvəqqəti olaraq burada yerləşdirdiyi Amerika əsgərlərinin kontingentindən gedir. Onların çıxarılması ilə bağlı müzakirələr uzun müddətdir davam edir”.

Merz həmçinin vurğulayıb ki, ABŞ həm Almaniya, həm də NATO üçün əsas tərəfdaş olaraq qalır və Trampla  "bu müharibəyə fərqli baxışları" olsa da, İrana dair ortaq mövqeyi var:  "Bizim ortaq bir məqsədimiz var və bu məqsəd bu olmalıdır: İranın atom bombası əldə etməsinin qarşısını almaq. Və biz birlikdə buna doğru çalışırıq".

Merzin dedikləri Almaniyanın müdafiə naziri Boris Pistoriusun şərhləri ilə üst-üstə düşür. Nazir də bundan əvvəl ARD-yə verdiyi müsahibədə Almaniyadakı ABŞ qüvvələrinin azaldılması barədə açıqlamanı "proqnozlaşdırıla bilən" adlandırmışdı.

Pentaqon daha əvvəl ABŞ-ın növbəti altı-on iki ay ərzində Almaniyadan 5000 Amerika əsgərini çıxaracağını elan edib.

Buna baxmayaraq, 30 mindən çox əsgər Almaniyada -Yaponiyadan sonra ən çox sayda Amerika əsgərinin yerləşdiyi dünyanın ikinci ən böyük ölkəsində qalacaq.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR