İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş... - Foto

1924 30.03.2026 17:55 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Qaracəmirli kənd sakini, 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızı balta ilə qətlə yetirilib.

Qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Daha sonra isə üzərinə sürtkü yağı tökməklə özünü yandırıb.

Məlumata görə, A.Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin məzunu olub. O, bir neçə dəfə iş üçün imtahan versə də, qəbul ola bilməyib. Sonuncu dəfə də verdiyi imtahandan keçə bilməyən Anarın psixoloji böhran keçirdiyi, hadisəni də bu zəmində törətdiyi bildirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

/qafqazinfo.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR