İnsanlara hürriyət, millətlərə istiqlal!

Andrade "Qarabağ"ı hansısa kluba dəyişmək istəyirmi?

1340 21.12.2025 13:31 İdman A A

“Hələ ki, hər hansı klubdan təklif almamışam”.

Bu sözləri “Qarabağ”ın portuqaliyalı legioneri Leandro Andrade deyib.

26 yaşlı yarımmüdafiəçi Ağdam klubunda qarşıya qoyduğu hədəflərdən danışıb:

“Əvvəlcə performansımızı daha da yaxşılaşdırmalıyıq. Bunu bacarsaq, inanıram ki, həm çempion ola, həm də Azərbaycan Kubokunu qazana bilərik.

Eyni zamanda Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanacağımıza ümidliyəm. Bəzən məğlubiyyətlər də faydalı olur.

Çünki insanı oturub düşünməyə vadar edir. Həmin səhvlərdən nəticə çıxarıb, gələcəkdə onlara yol verməmək istəyirik”.

Leandro Andrade 2022-ci ildən “köhlən atlar”ın formasını geyinir. O, Çempionlar Liqasının əsas mərhələsində vurduğu 3 qolla bombardirlər siyahısında 25-ci pillədə qərarlaşıb.

Andradenin “Qarabağ”la müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR