İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderləri Brüsseldə təcili toplantı keçirəcək

441 22.01.2026 08:42 Siyasət A A

Avropa İttifaqı liderləri Brüsseldə Qrenlandiya və ABŞ ilə münasibətlər mövzusunda təcili sammit keçirəcəklər.

Musavat.com xəbər verir ki, Donald Trampın Davosdalı çıxışından əvvəl təyin edilən görüş təxirə salınmayıb, lakin onun gündəliyi məlum deyil.

Davosda Dünya İqtisadi Forumunda çıxış edən Avropa Şurasının prezidenti Antonio Kosta sammitin keçiriləcəyini təsdiqləyərək liderlərin "Danimarka və Qrenlandiyanın suverenliyinə və ərazi bütövlüyünə tam və qeyd-şərtsiz dəstək" mövzusunu müzakirə edəcəklərini qeyd edib. Avropa Şurası işgüzar nahar kimi keçiriləcək sammit üçün heç bir gündəlik açıqlamayıb. Brüsseldəki diplomatik mənbələrə görə, "vəziyyətin kəskin qeyri-müəyyənliyi" səbəbindən sammitin gecəyə qədər davam etmə ehtimalı yüksəkdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR