Avropa liderləri ABŞ prezidenti Donald Trampın Vadimir Zelenski ilə 28 dekabrda Floridada keçiriləcək görüşündən sonra Ukrayna ilə bağlı daha bir görüş keçirəcəklər.
Musavat.com xəbər verir ki, məlumatı Polşanın Baş naziri Donald Tusk Avropa liderləri ilə birlikdə Zelenski ilə telefon danışığı apardıqdan sonra X hesabında açıqlayıb: "Zelenski və Tramp arasında görüşdən sonra söhbəti davam etdirəcəyik."
O, həmçinin bildirib ki, telefon danışıqları zamanı Avropa liderləri Kiyev üçün təhlükəsizlik zəmanətlərinin sülh prosesində əsas məsələ olacağı qənaətinə gəliblər.
Musavat.com






