İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderləri və Zelenski Vaşinqtonda Trampla görüşəcəklər

441 29.12.2025 08:00 Siyasət A A

Prezident Donald Tramp, Ukrayna nümayəndə heyəti və Avropa liderləri arasında görüşün yanvar ayına planlaşdırıldığı bildirilir.

Musavat.com xəbər verir ki, məlumatı Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında açıqlayıb: "Biz razılığa gəldik ki, komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün qarşıdakı həftələrdə görüşəcəklər. Biz Prezident Trampla razılığa gəldik ki, o, bizi, ehtimal ki, Vaşinqtonda, yanvar ayında Avropa liderləri və Ukrayna nümayəndə heyəti ilə birlikdə qəbul edəcək".

Zelenski daha sonra Telegram kanalında Ukrayna və ABŞ nümayəndələri arasında görüşün gələn həftə baş tutacağını açıqlayıb: "Biz razılığa gəldik ki, komandalarımız müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün gələn həftə görüşəcəklər". 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR