Dünən Avropa Parlamentinin italiyalı üzvü İzabella Tualieri İranda İslam İnqilabının 47-ci ildönümü ilə bağlı çıxışında bildirib ki, ölkədəki rejim 47 ildir ki, qorxu, işgəncə və özbaşına həbslərlə hakimiyyətini saxlayır.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
O Avropa Parlamentinin prezidentinə səslənərək “bu parlament İran xalqının səsini eşitməlidir”, - deyib.
Çıxışının sonunda isə diplomat Əli Xameneinin şəklini cıraraq sədr tərəfindən töhmət alıb.
İclasda Avropa Parlamentinin üzvləri İran SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyib, İranda repressiyalara diqqət çəkib və sanksiyaların sərtləşdirilməsini, İslam Respublikasının işinin Haaqa məhkəməsi də daxil olmaqla beynəlxalq orqanlara göndərilməsini nəzərdən keçirməyi tövsiyə ediblər.
Musavat.com






