İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada panika - Putinlə danışıqlara öz emissarını göndərmək istəyir

526 14.01.2026 20:44 Dünya A A

Aİ ölkələri Ukrayna məsələsində öz maraqlarını təmsil edəcək bir danışıqlarçının təyin olunmasını tələb edirlər, çünki onlar ABŞ-ın Rusiya ilə Avropanı kənarda qoyaraq razılaşma əldə edə biləcəyindən ehtiyatlanırlar.

Musavat.com xəbər verir ki, bu barədə Politico portalında Qabriel Qeyvin, Zoya Şeftaloviç və Nikolas Vinokurun məqaləsində bildirilir.

Məqaləyə görə, Fransa və İtaliya başda olmaqla təşəbbüs tərəfdarları Avropa Komissiyasında və bir sıra digər paytaxtlarda bu plan üçün dəstək toplayıblar. Diplomatik mənbələrə görə, Aİ yalnız bu halda öz “qırmızı xətlərini”, o cümlədən Ukraynanın NATO üzvlüyü perspektivini qorumaq şansına sahib olacaq.

Politiconun yazdığına görə, bu addım ABŞ prezidenti Donald Tramp tərəfindən vasitəçilik edilən ikitərəfli danışıqlara Avropanın daha aktiv qoşulması yönündə kəskin dönüş olardı. Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corcia Meloni son həftələrdə Putin və onun komandasına diplomatik kanalların açılmasının vacibliyi barədə çağırış ediblər.

Mənbə yazır ki, tərəfdarlar “ABŞ-Rusiya danışıqlarının” Avropanı kənarda qoyacağı ehtimalından narahatdırlar. “Makron hesab edir ki, amerikalıların ruslarla apardığı danışıqları izləmədən kənarda qalmaq strateji səhv olardı”-deyə yüksək səviyyəli fransız rəsmisi "Politico"ya danışıb.

Bununla yanaşı, layihə ətrafında ciddi fikir ayrılıqları da var. Tənqidçilər hesab edirlər ki, belə bir nümayəndənin təyin olunması Rusiyanın “xoş niyyətlə danışıqlara hazır olduğu” təsəvvürü yarada bilər. Politico xatırladır ki, Trampın vasitəçilik cəhdləri indiyədək nəticə verməyib; Moskva isə Ukraynanın geniş ərazilərindən imtina tələbində israr edir.

Politico həmçinin ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volkerin məsələyə münasibətinə yer verib. Volker bildirib ki, əgər Avropa prosesdə olmaq istəyirsə, daha iddialı siyasi xətt aparmalıdır: “Əgər ABŞ Putinlə dialoqu davam etdirəcəksə, Avropa öz kanallarını yaratmalıdır.”

Məqalədə deyilir ki, xüsusi elçi ideyası hələ 2024-cü ilin martında Brüsseldə zirvə səviyyəsində müzakirə olunub, lakin yekun qərar çıxarılmayıb. Artıq mümkün namizədlər də səslənib — onların arasında keçmiş İtaliya baş naziri Mario Draqi və Finlandiya prezidenti Aleksandr Stubbun adı çəkilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR