Aktyor-ssenarist Azər Aydəmir “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalı üçün ona 657 min manat ödənilməsindən danışıb.
"Musavat TV"-yə açıqlama verən aktyor bildirib ki, bu tarixi film üçün çox az məbləğdir.
“Bir il yarımdır ki, bu layihə üzərində çalışırıq. Ölkənin bütün tarixçiləri, xüsusilə də başda Zaur Həsənov olmaqla, bu layihəyə cəlb olunublar. Əcdadlarımızın qədim tarixinə baş vururuq və bu layihədə əsas məqsədimiz məhz budur. Aşquz dövləti və ümumilikdə dövlətin siyasətinə uyğun olaraq, artıq tarixi mövzuda filmlərin, serialların və sənədli layihələrin çəkilməsi prioritet təşkil edir."
Aydəmir ekran işinə müğənni İlkin Dövlətovun cəlb olunmasının tənqid edilməsinə də münasibət bildirib.
Ətraflı süjetdə:
Könül
Musavat.com






