İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan dünyaya sülh modeli təqdim edib" - Natiq Məmmədli FOTO

425 12.05.2026 15:17 Gündəm A A

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib.

Musavat.com-un xəbərinə görə, tədbirin moderatoru, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib:

"Bu mövzunun seçilməsi təsadüfi deyil. Çünki bu gün bütün dünyanın ehtiyac duyduğu sülhdür. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin doğum günü tarixində Zəngilanda çıxışında sülh mesajı verdi və bəyan etdi ki, Azərbaycan özü öz gücünə dünyaya bir sülh modeli təqdim edib. Prezidentin sülh çağırışına media və ictimaiyyət xüsusi önəm verir. Azərbaycan sülhü sadəcə şüar kimi səsləndirmir. Bu çağırışın arxasında real əməl dayanır. Bu baxımdan Azərbaycan Prezidentinin sülh çağırışı dünyada xüsusi fərqlənir".

N.Məmmədli deyib ki, Azərbaycan mediasının üzərinə düşən missiya sülh çağırışını ictimaiyyətə xüsusi olaraq çatdırmaqdır.

Etibar Seyidağa
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR