İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Fülya Öztürkü təltif etdi VİDEO

949 29.12.2025 16:19 Dünya A A

44 günlük Vətən müharibəsi günlərində Azərbaycan həqiqətlərini "CNN Türk" Televiziyası vasitəsilə, obyektiv şəkildə dünyaya çatdıran türkiyəli jurnalist, ölkəmizdə də çox məşhur olan və sevilən Fülya Öztürk mükafatlandırılıb.

Musavat.com bildirir ki, Fülya Öztürk “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

20 fevral 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsis edilən medala layiq görülməsi ilə bağlı sevincini türkiyəli telejurnalist efir vasitrəsilə tamaşaçılarla bölüşüb.

Müəllif proqramında o, Medianın İnkişafı Agentliyi tərəfindən təqdim olunan yubiley medalını fəxarətlə təqdim edib, təşəkkürünü bildirib və Azərbaycana sevgi dolu salamlarını, təşəkkürlərini çatdırıb.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR