İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qəzzaya ordu göndərirmi? - Rəsmi Bakının AÇIQLAMASI

1072 26.12.2025 19:00 Gündəm A A

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, Azərbaycan Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq sülhməramlı missiyada iştirak etməyə razılıq verib. Onun sözlərinə görə, ABŞ-nin təşəbbüsü çərçivəsində formalaşdırılması planlaşdırılan “International Stabilization Forces”a bir sıra ölkələr, o cümlədən Azərbaycan iştirak üçün ilkin razılıq ifadə edib.

Bununla belə, rəsmi Bakı bu mövzuda hələ yekun qərar vermədiyini açıqlayıb. Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ABŞ-nin təşəbbüsü ilə bağlı Bakıya rəsmi təklif daxil olsa da, missiyanın mandatı və fəaliyyət prinsipləri hələ aydınlaşdırılmayıb və buna görə də ölkənin iştirakı ilə bağlı qərar hələ qəbul edilməyib.

Bu vəziyyət ABŞ rəsmilərinin açıqlaması ilə rəsmi Bakının mövqeyi arasında fərqi ortaya qoyur. Bir tərəfdən, ABŞ rəsmilərinin bəyanatları Azərbaycanın plan üzrə iştirakını qeyd edir, digər tərəfdən isə rəsmi Bakı hələ yekun qərar vermədiyini bildirir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bu məsələyə yenidən aydınlıq gətirib:

“Bu qüvvələrin fəaliyyət mexanizmi, mandatın xüsusiyyətləri, mandatın müddəti, digər ölkələrin iştirakı, sülh planının tam qəbul edilib-edilməməsi kimi bir çox sual hələ də açıqdır. Ünvanladığımız suallara cavab almamışıq. Məlumatlar bu mövzuda qərar qəbul etməyimizi qeyri-mümkün edir”.

Qəzzada bərpa-quruculuq prosesində Azərbaycanın iştirakına gəlincə isə nazir bildirib ki, Azərbaycana bu məsələ ilə bağlı müraciət daxil olmayıb: “Müraciət edilərsə, əlbəttə ki, biz bunu nəzərdən keçirəcəyik”, - nazir qeyd edib.

Nigar HƏSƏNLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR