İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərlə Əlixanın 50 minlik KABAB HESABI - Qala gecəsində NƏLƏR YAŞANDI?

1340 18.02.2026 21:27 Şou-biznes A A

Nizami Kino Mərkəzində baş rollarını Azər AydəmirƏlixan Rəcəbovun canlandırdığı “Kabab, Şərab, Hesab” filminin qala gecəsi baş tutub.

Musavat.com xəbər verir ki, tədbirdə tanınmış sənət adamları, mədəniyyət və media nümayəndələri, eləcə də ictimai xadimlər iştirak ediblər. Qonaqlar əvvəlcə qırmızı xalça üzərindən keçərək fotoqrafların obyektivinə poz veriblər, daha sonra film komandası ilə görüşüb xatirə şəkilləri çəkdiriblər.

Filmin yaradıcı heyəti – rejissor, ssenarist və prodüserlər tamaşaçıları salamlayaraq ekran işinin ərsəyə gəlmə prosesindən danışıblar. Baş rol ifaçıları Azər Aydəmir və Əlixan Rəcəbov layihənin ideyası, çəkiliş zamanı yaşanan maraqlı məqamlar və obrazları üzərində apardıqları iş barədə fikirlərini bölüşüblər. Onlar yerli kinoya marağın artmasının sevindirici hal olduğunu vurğulayıblar.

Azər Aydəmir bildirib ki, filmin büdcəsi 50 mindir və qara yumordur. 

Ətraflı süjetdə:



Könül

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR