İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə MÜHÜM XƏBƏR

836 01.04.2026 15:48 Ölkə A A

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə Musavat.com-a səhmdar cəmiyyətdən bildirilib.

Vurğulanıb ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR