2026-cı il başlayar-başlamaz dünyanı silkələyən hadisə baş verdi. Yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ qüvvələri tərəfindən tutulduğu, ölkədən çıxarılaraq ABŞ-yə aparıldığı barədə məlumat yayıldı. Bu hadisə qısa müddətdə beynəlxalq gündəmin əsas mövzusuna çevrildi və dünya ictimaiyyətində ciddi suallar doğurdu.
Tramp bundan sonra nələr edə bilər? ABŞ-nin bu əməliyyatı ədalətlidirmi? Trampın yeni idarəetmə üsulu dünyaya nə vəd edir?
TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






