İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda sərnişin avtobusu ağır qəza etdi - Ölənlər və yaralananlar var (18+VİDEO)

2814 25.12.2025 11:06 Hadisə A A

Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.

Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.

İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.

Musavat.сom

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR