İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Xocalıya piyada getdi- Bəhruz Hümbətov yolda başına gələnləri bu cür anlatdı- VİDEO

1007 26.02.2026 17:52 Son xəbər A A

Bakıdan Xocalıya piyada yola düşən Hümbətov Bəhruz Hüseyn oğlu bu gün Xocalıya-Xocalı Soyqırımı Memorialına çatıb.

Musavat.com bildirir ki, 2002-ci il təvəllüdlü Hümbətov Bəhruz Hüseyn oğlu Xocalıda şəhid olmuş babasının xatirəsinə ehtiram olaraq piyada yürüşə çıxmışdı.

O, 1992-ci ildə Xocalı rayon Meşəli kəndində şəhid olmuş Bəhlul Hümbətovun nəvəsidir. Bəhruz 15 fevral tarixində Bakının Yeni Yasamal qəsəbəsindən yola düşüb və bu gün Xocalıya çatıb.

Qeyd edək ki, Bəhruz Hümbətov Xocalı azad olunacağı təqdirdə ora piyada gedəcəyinə əhd etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR